Xəbər lenti

Ramil Usubov “qara polkovnik”in xanımının şikayəti ilə bağlı tapşırıq verdi
Ölkə10:03 18.07.2014

Ramil Usubov “qara polkovnik”in xanımının şikayəti ilə bağlı tapşırıq verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində “qara polkovnik” ləqəbi ilə tanınan mərhum Fətulla Hüseynovun xanımına məxsus torpaq sahəsini ələ keçirməkdə ittiham olunan digər bir polkovnik-Asif Qubadovla bağlı istintaq başlayıb.

Qaynar.info virtual.org-a istinadən məlumat verir ki, informasiyanı vesti.az yayıb.

Məlumatı şikayətçinin vəkili Kamandar Nəsibov da təsdiqləyib: “İnanırıq ki, özünü polkovnik kimi qələmə verən həmin şəxs və əməlləri ilə bağlı zəruri tədbirlər görüləcək”.

Bir müddət əvvəl “qara polkovnik”in xanımı üzləşdiyi haqsızlıqla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova məktubla müraciət edərək onlardan kömək istəmişdi.

Qaynar.info