Xəbər lenti

Ramil Usubov rəisi işdən azad etdi və...
Ölkə09:40 29.11.2014

Ramil Usubov rəisi işdən azad etdi və...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub. Qaynar.info "Report"a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. 
Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib. Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qaynar.info