Xəbər lenti

Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi
Ölkə10:21 01.06.2016

Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Qusar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.

Qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli ötən bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.(APA)

Qaynarinfo.az