Xəbər lenti

Ramil Usubovdan yeni göstərişlər
Ölkə13:20 25.04.2015

Ramil Usubovdan yeni göstərişlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, müraciətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bətəndaşlarla görüşüb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, görüş aprelin 25-də Göyçay rayon polis şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar keçirilib.
Qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı, Ucar şəhər və rayonlarından olan sakinlərin və bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.
Nazir vətəndaşları şəxsən dinləyib, onları narahat edən problemlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.
Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 770 nəfər də qəbulda iştirak edib.
Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 114 gənc seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.
Qaynar.info