Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
APA-nın məlumatına görə, Şəki ŞRPŞ-nin istintaq bölməsinin rəisi Çingiz Osmanov Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi, Şəki ŞRPŞ-nin əməliyyatçısı Rəşad Rəcəbov isə Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, bir müddət əvvəl R.Usubovun əmri ilə Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə Şəki RPŞ-nin rəisi Eldar İlyasov təyinat alıb.
Qaynar.info