Xəbər lenti

Ramin Hacılı-33 - FOTOLAR
Ölkə16:11 01.09.2016

Ramin Hacılı-33 - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çarmıxa çəkilən yaşdayam...

Bu gün keçmiş deputatlığa namizəd, Azərbaycan Avropa Hərəkatının prezidenti, gənc siyasətçi Ramin Hacılının doğum günüdür.

33 illik həyatında Ramin Hacılı nə ilə öyünüb, nə ilə heyfsilənə bilər? Bu sualla onun özünə müraciət etdik.

Ramin Hacılı Qaynarinfo.az-ın sualını belə cavablandırdı:

Ramin Hacılı: Öyünürəm, ona görə ki, rüşvətsiz təhsil ala bilmişəm. Bu təhsil gələcək fəaliyyətimdə mənə çox kömək olub, cəmiyyətdə özüməməxsus yer tuta bilmişəm. Vətənim üçün, insanlıq naminə, Azərbaycanımıza görə çalışmaq stimulum olub.

Heyfsiləndiyim yalnız ondan ibarətdir ki, Azərbaycan dövləti vətəndaşlarına sahib çıxmaq məsələsində kifayət qədər operativ deyil. Vətəndaşlarını qiymətləndirmir. Daha çox özünə bağlılıq dərəcəsinə baxır. Hansı ki, bu baxış da məmurlar vasitəsi ilə keçirilir. Bu halda da Azərbaycan dövləti formalaşmasında qohumluq əlaqələri, tayfa, klan münasibətləri mühüm rol oynayır. Belə bir vəziyyəti dəyişə bilmədiyimə görə heyfsilənirəm.

Ramin Hacılı kimdir?

Hacılı Ramin Rasim oğlu 2 sentyabr 1983-cü ildə Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. Orta təhsilini Bakı şəhəri, 220 saylı orta məktəbdə başa vurub. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr Fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb (2002 - 2006)

2002-2004-cü illərdə Rəsulzadə-Elçibəy Ocağında sədr müavini olub.

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) həmtəsisçisi və ilk sədri olub (2005-2006).

Dalğa GH-nın təsis etdiyi “Demokratiya Məktəbi”nin direktoru (2007-2008), sonradan isə təlimçisi olub (2008-2012).

ABŞ-ın Demokratiyaya Yardım Fondunun (NED) maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Demokratiya Akademiyası”nın prezidenti vəzifəsini icra edib (2008-2010). 

2006-cı il sentyabr - 2013-cü il sentyabr dövrünü əhatə edən müddət ərzində Azərbaycan Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və partiyanın Siyasi Şurasının üzvü olub.

Azərbaycan Avropa Hərəkatının Vitse-Prezidenti və Baş Katibi olub (2011 iyun, 2012 fevral). 2012-ci ilin 17 fevral tarixindən etibarən Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olan, Azərbaycan Dövləti tərəfindən rəsmi qeydiyyata alınan Azərbaycan Avropa Hərəkatının prezidentidir.

2006-cı ilin sentyabr ayının 17–dən 2010-cu ilin dekabr ayınadək nəşr olunan “Alma” Gənclər üçün İctimai – Siyasi Qəzetin ideya müəllifidir.

Dövrü mətbuatda ictimai-siyasi mövzularda analitik yazılarla çıxış edir.

2008-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən “Dünya Demokratiya Hərəkatı”nın Qurultayında Azərbaycan gənclərini təmsil edib. 

2009-cu ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkiyə, Azərbaycan və Ermənistan münasibətləri” adlı konfransa qatılıb və nüfuzlu media qurumlarında o cümlədən beynəlxalq telekanallarda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı mövqe bildirib. 

2010-cu ilin aprel-may aylarında Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin "Beynəlxalq Qonaqlar üçün Liderlik” Proqramı çərçivəsində ABŞ-da səfərdə olub. 

2010-cu ildə keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərində Bakı şəhəri, Nizami rayonundan (24 saylı Nizami birinci seçki dairəsi üzrə) deputatlığa namizəd olub. 

2011-ci ildən “Üçüncü GƏLƏCƏK” jurnalının təsisçisi və baş redaktorudur. 

2012-ci ildə ATƏT-in maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin İctimai–Siyasi Fəallığının Artırılması üzrə Regional Təlimlər” layihəsinin koordinatoru olub. 

2013-2014-ci illərdə ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) İdarə Heyətinin üzvü olub. 

2012-ci ildən Bütöv Azərbaycan Ocaqlarının İdarə Heyətinin üzvüdü.

2013-ci ilin iyul, avqust aylarında Malta Respublikasında intensiv ingilis dili təhsili alıb.

2006-cı ildən etibarən sülh quruculuğu istiqamətində həyata keçirilən layihələrdə aktiv iştrakçı olub. 2013-cü ildə Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə Ermənistanda keçirilən “Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda müzakirələrdə Azərbaycan tərəfindən təmsilçi kimi qatılıb.

2014-ci ilin 14 fevral tarixində təsis olunan “125-lər” Siyasi Klubunun yaradıcılarındandır. 

2014-ci ilin iyun ayından Azərbaycan Ümid Partiyası sədrinin Beynəlxalq Əlaqələr və Strateji Məsələlər üzrə müavini vəzifəsində çalışır.

2014-ci ildə TEDx spikeri olub.

2014-ci ilin dekabr ayından Azərbaycan Diplomatiya Akademiyasının (ADA Universiteti) təlimçisi kimi fəaliyyətə başlayıb.

2015-ci ilin noyabr ayında keçirilmiş 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub.

2016-cı ildə həyata keçirilən "Diqqət Azərbaycana!" və "Avropa Məktəbi" layihələrinə rəhbərlik edib. 

Avropanın siyasi inkişaf tarixi, siyasi sistemlər və idealogiyalar nəzəriyyəsi üzrə mütəxəssisdir.

Qaynarinfo.Az