Xəbər lenti

Ramin Hacılı Aleksandr Navalnini Azərbaycana dəvət etdi - MƏTN
Ölkə10:19 28.10.2013

Ramin Hacılı Aleksandr Navalnini Azərbaycana dəvət etdi - MƏTN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Rusiya müxalifətinin gənc liderlərindən olan Aleksandr navalniyə müraciət ünvanlayıb.

Qaynar.info həmin müraciəti olduğu kimi təqdim edir:


Dəyərli Navalni,

Mən Sizi insanların öz fikirlərini azad ifadə etməsi üçün kəşf etdiyi bloqdan istifadə edən fikir adamı kimi tanıyıram. Öz xalqının azadlığı üçün diktaturaya qarşı apardığınız mübarizə və bunu sivil vasitələrdən istifadə etməklə gerçəkləşdirmək istəyin  haqqında müsbət fikir formalaşdırıb. Bunu nəzərə alaraq, bir çox məsələlərlə bağlı həqiqətləri diqqətinizə çatdırmaq və Sizi Azərbaycana dəvət etmək qərarına gəldim.

Biz tarixi ədalətin gec və ya tez öz yerini tapacağına inanan insanlarıq. Tarixin müxtəlif zamanlarında buraxılan səhvlərin nəticəsində çəkdiyimiz əziyyətləri təbii qarşılamalı və yaranmış problemləri həll etməyə borcluyuq. 100 illər boyunca Orta Asiya və Qafqazı öz müstəmləkəsində saxlayan, bu azmış kimi həmin xalqları  təhsildən, mədəniyyətdən təcrid edərək özündən uzaq saxlayan rus imperiyası məhz bu gün həmin tarixi gerçəklikdən doğan problemlərlə üz-üzədir. O problemlər ki, müstəmləkə siyasəti aparan bütün xalqlar: ingilislər, fransızlar, hollandlar, italiyanlar və s. xalqlar da onu yaşamaqdadır. Əgər dünya siyasətinə nəzər salsaq, görərik ki, hindistanlının İngiltərədə, afrikalının Fransada, Hollandiyada, İtaliyada miqrant həyatı həmin dövlətləri bununla bağlı xüsusi proqramlar həyata keçirməyə məcbur edir.

Rusiyanın qarşılaşdığı miqrant problemi ölkəsinin gələcəyini fikirləşən insan kimi sizi  və həmfikirlərinizi narahat edir. Mən bunu sayğı ilə qarşılayıram. Lakin biz tarixi ədalətə və ya ədalətin öz yerini tapmasına qarşı çıxa bilmərik. Bir vaxtlar Orta Asiya və Qafqazlarda sərhədlərini müəyyənləşdirən Rusiya yerli insanların psixologiyasında güvənc və qurtuluş məkanı idi. İnsanlar öz bəlalarından xilas olmaq, gələcəyini qurmaq üçün dağılmış SSR-nin qərar gələn hissəsinə axın etməyə başladılar. Bu, inkişaf etmək istəyən hindistanlının Londona üz tutmasına bənzəyir.

Amma problemi daha da dərinləşdirən miqrantların yerli mədəniyyətə adaptasiya ola bilməməsidir. Bunun qarşısını kəsən əsas səbəb miqrantların rus dili bilgisinin məişət səviyyəsindən yuxarı qalxmamasıdır. Sizdən bir demokrat kimi gözlənilən çox şey var, amma ən əsası ölkənizə pənah gətirən insanlara rus mədəniyyətinin aşılamaq istiqamətində institutlaşmanı həyata keçirməkdir.

 Təklif edirəm ki, dostlarınızla bu istiqamətdə imzatoplamanı həyata keçirib, miqrantlara rus dili və mədəniyyətini öyrədən institutların dövlət tərəfindən yaradılmasına nail olasınız. Vətəndaş cəmiyyəti quruluşlarını bu istiqamətə fəaliyyətə həvəsləndirəsiniz.

Daha bir təklifim Azərbaycana səfərinizi təşkil etməklə bağlıdır. Onu da qeyd edim ki, Çar Rusiyasında təhkimçilik hüququnun aradan qalxması ilə başlayan mədəni intibahın heç məktəb olmadan Azərbaycanda reallaşmasını da nəzərə almaq lazımdır. Təbii ki, bu Azərbaycan insanının yeniliyə, inkişafa marağının göstəricisi idi. Bu günün özündə də Azərbaycan xalqı bu dəyərlərə sadiqdir. 

Rus intibahını istinad nöqtəsi seçən, Azərbaycan Maarifçilik Hərəkatı üzərində qurulan mədəniyyətimiz təsəvvür etdiyinizdən daha dünyəvi və ümumbəşəridir. Sizi 15 noyabrda Azərbaycana dəvət edir və həmin günün dünya demokratlarının həmrəylik günü kimi tarixdə yer almasına yardım etməyə çağırıram. Hesab edirəm ki, bu əməkdaşlığımız cəmiyyətlərimiz arasında sülhün daha da qorunmasına xidmət edəcək.

Məhz bunları dəyərləndirib Puşkinin ölümünə səbəb olan duelə deyil, Nadejdanın musiqisinin sədaları altında qurulacaq sülhün ədalətinə sığınmalıyıq.

Qaynar.info