Xəbər lenti

Ramin Hacılı Toliki müdafiə etdi
Ölkə15:00 29.01.2015

Ramin Hacılı Toliki müdafiə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramin Hacılı Toliki müdafiə etdi.

Qaynar.info xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı öz facebook səhifəsində Hafiz Hacıyevi cəmiyyət üçün daha çox təhlükəli adlandırıb. 

Onun fikrlərini sizlərə təqdim edirik: "Nə qədər deyirəm bu mövzulara toxunmayım, olmur. Məsələ belədi ki, bir xanım pulu cırıb deyə bir “kişi” onun üzünə tüpürəcəm deyir. Məgər pul bir insanın şəxsiyyətindən üstündü? İnsanı hər şeydən aşağı tutmaqdı bu. Biz nə qədər insanlığa dəyər verməyəcəyiksə, nə qədər insan, vətəndaş ən böyük dəyər olmayacaqsa xoşbəxtlikdən mərhum olacağıq. Bayrağı çaşıb tərs tutarsan, pulu cırarsan, himn səslənəndə ayağa durmasan səbəbin öyrənmədən sənə qənim kəsilərlər. Bu hal cəmiyyətimizdə aqressiyanı artırır, insanlar arası hörməti azaldır və ən əsası başqasına qarşı hər şeyi edə biləcəyimiz fikrin yaradır. Biz unutmamalıyıq ki, bir dövləti qüdrətli edən onun vətəndaşlarının güclü olmasından keçir. Biz anlamalıyıq ki, insan dəyərdi. O halda bir birimizdə qüsur aramayacağıq.

Digər məsələ həyasızlığın adiləşməsidi. Biz düşünə bilərik ki, Hafiz Hacıyevə heç kim əhəmiyyət vermir. Lakin elə deyil. Bu qədər tirajlanan birinin sözləri, davranışları getdikcə insanları özünə oxşadır. Bu sosioanalitiklərin gəldiyi nəticədi. Müşahidələrimiz də onu göstərir ki, cəmiyyətimizdə kimin kimlə nə mübahisəsi olursa, böhtan, şər, aşağılayıcı, əxlaqsız ifadələrlə baş verir. Mübahisə mədəniyyətinə mənfi təsir göstərən zehniyyətimizdə, alt şüurumuzda zaman zaman mentallaşan trend jarqonlardı.

Tolik kimi tanınan Tarix Əliyevin cəmiyyətimiz üçün böyük təhlükə hesab etmirəm, Hafiz Hacıyevi isə edirəm. Niyə? Çünki, Tolik prodüsseri olan qızları müdafiə edir. Cənab Hacıyev isə ona elə sözlər deyir ki, insan bunu özünə sığışdırmamalıdı. Əgər bunu özünə sığışdıran kimsə varsa və bu şəxs tirajlanırsa gedərək onun prototipləri yaranacaq. Başqasını müdafiə etmək pis tendensiya yaratmır, hər ağzına gələni (fikrinə yox) deyə bilmək isə pis ənənə yaradır. Bu münvalla bir də görürük kimlərsə prezidenti, siyasi liderləri, məmurları, qonşusunu, bir sözlə hər kəsə fikir əvəzinə jarqonlara qonaq edir. Diqqət edirsizsə cəmiyyətimizdə arqument, fikir əvəzinə şüar, təhqir və böhtan çümlələrinə daha çox rast gəlirik. Gərək hörmətli media və dövlət bunları nəzərə alsın"-deyə Ramin Hacılı bildirib.

Qaynar.info