Xəbər lenti

Ramin Hacılı və Aysel Əlizadənin toyu necə olacaq? - SSENARİ
Ölkə 16:04 26.09.2014

Ramin Hacılı və Aysel Əlizadənin toyu necə olacaq? - SSENARİ

Azərbaycan cəmiyyəti tərəfindən innavator kimi tanınan iki gənc – siyasətçi Ramin Hacılı və yazar Aysel Əlizadə 9 oktyabr 2014 tarixində toy edəcək.

Barəsində söz edilən hər iki gəncin sevgi hekayəti hamının gözü önündə başlayıb. Dünyaca məhşur "TEDx" səhnəsindən Aysel Əlizadəyə evlilik təklif edən Ramin Hacılı, daha sonra xanım tərəfindən şərtlərlə qarşılaşıb. 

Görünür, Ramin Hacılı bu şərtlərə razılıq verməklə yeni ailə modeli – bərabər hüquqluluğun təbliğini ictimailəşdirmək və önə çəkmək məqsədi güdür. Çünki Hacılı dəfələrlə açıqlamalarında bəylik və xatunluq ənənəsinə söykənərək ailədə hörmətin vacibliyin qabardıb. 

Cütlük ictimaiyyətin diqqətin çəkərək sevgi, sivil ailə və xoşbəxtlik üçün azad seçim düsturunu qabartmağa çalışır. Ssenariyə oxşayan bu proses cəmiyyətimizə mesajlar verməyə hesablanıb. 

Aysel Əlizadə öz açıqlamalarının birində qeyd edib: “Savaşların, radikalizmin, aqresiyanın surətlə artıdığı dünyada insanların sevgiyə ehtiyacı günbəgün artır. Məhz buna görə bizim sevgimizə maraq var. Sevgi xoşbəxtliyin əlifbasıdır. Xoşbəxt olmağa can atan insanlar üçün əldə etmək istədikləri ilk nəsnə sevgidi. Bu aclığı doldurmaq cəmiyyətin öndə gedənlərinin ən başlıca vəzifəsi olmalıdır”.  

Toy mərasimlərinə gəlincə, hansı mesajlar veriləcəyi ilə bağlı sullara cavab olaraq “düyün ssenarisi" ilə bağlı bəzi faktlar əldə etdik. 

Belə ki, cütlük, israfçılığa yol verməyə qarşı olduğunu bəyan etmək üçün bahalı müğənnilərə deyil, yeni istedadlara üstünlük verir. Həmçinin toyda yemək bolluğuna deyil, "istədiyin qədər sifariş et" ənənəsinin əsasın qoyur. 

Bunlarla yanaşı, qonaqlar qapıda bəy və gəlin tərəfindən şəxsən qarşılanaraq, salamlanacaq. Skripka, cazz, arkestr, xalq rəqsləri, mini konsert, piyano, rock, "DJ" və milli rəqslər bir birini əvəz edəcək. 

Bundan sonra Aysel Əlizadənin qızı İzel salona qayıq ilə daxil olacaq. Masalarla yanaş, hər kəs üçün fürsət imkanı yaradılacaq ki, bu da ünsiyyətin rahat olmasına xidmət edəcək. 

Bəy və gəlin qonaqların arasında əyləşəcək. Toyda hər kəsə hədiyyələr veriləcək (nə olduğun dəqiqləşdirə bilmədik – red.).

Geyimə gəlincə, cütlük milli geyim tərzində üstünlük verib.

Bakı Əyləncə Mərkəzində baş tutacaq toyda xüsusi dizayn işləri görülməkdədir ki, bu da rəngarəngliyi artırmağa hesablanıb.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->