Xəbər lenti

Ramiz Əzizbəylidən xəbər var
Ölkə09:59 24.02.2014

Ramiz Əzizbəylidən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Rejissor Elxan Qasımovla xalq artisti Ramiz Əzizbəyliyə baş çəkdik, səhhəti ilə maraqlandıq.

Ramiz müəllim hazırda Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alır. Fevralın 21-dən klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib, həkimlərin dediyinə görə bu həftə ərzində palataya köçürüləcək”.
 
Bunu APA-ya açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
 
R. Əzizbəylinin həkimi, uzman-nevroloq Nərgiz Ağayevanın APA-ya verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib: “Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq”.

Qaynar.info