
Azərbaycanda Fətullah Gülən hərəkatına xidmət edən şəxslərlə bağlı daxil olan iddia dolu məlumatları yayımladıqdan sonra elektron ünvanımıza hərəkata xidmət edənlərlə bağlı daha bir neçə məlumat göndərildi haqqında məlumat vermişdik.
Xüsusilə də elektron ünvanımıza adını açıqlamayan mənbənin göndərdiyi məlumatlar Bakının Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov və Binəqədi rayon DSK-nın sədri Həsən Bayramov və onun ətrafı ilə bağlı olub.
Redaksiya olaraq Ramiz Göyüşovla bağlı ardı-ardına iddia dolu məlumatları yayımlamağımıza baxmayaraq təəssüflər olsun ki, Ramiz Göyüşov haqqında səsləndirilən iddialara bu və ya digər şəkildə hər hansı bir açıqlama verməyib. O susmağa üstünlük verir.R.Göyüşov susmağa üstünlük versə də, adını açıqlamayan mənbə ardıcıl olaraq şöbə müdiri ilə bağlı elektron ünvanımıza məlumatlar göndərməkdə davam edir.
Ramiz Göyüşov, Həsən Bayramov və ikincinin oğlu Qüdsi Bayramovla bağlı bu dəfə adını açıqlamayan mənbə daha da maraq doğuracaq məlumatlar göndərib.
Bu iddia edilən məlumatları göndərən mənbə, göndərdiyi məlumatların başında qıssa bir açıqlamada göndərib ki, onu da təqdim edirik.
“Salam zaman oldu sizə yaza bilməməyimiz. Ancaq yenə də yazırırq və əla tutarlı faktlarla. Deməli biz kiməsə şər böhtan atmırıq,biz sadəcə olara istəmirik ki, Azərbaycan dövlətinin və rəhbərlərin nüfuzuna xələl gətrmək istəyən bir insana (Elşada abdullayevə) bu qədər yaxın olan və nurçularla əlbir olub bir icra hamiyyətin zəbt edərək dövlətə xəyanəd edən bir insan öz bildyn eləsin. Onda biz,siz nəyə gəryik???!!
Biz keçən dəfə yazmışdıq ki, Ramz Göyüşov Elşad Abdullayevin biznesin idarə edir və nurçularla bağlı hərəkət edir. Siz də buna misal olaraq bir neçə manşetdə yazı qoydunuz və bir çox saytlar da bu məlumatı öz saytlarında yerləşdirdlər. İndi isə szə əla bir məlumat göndərirəm”.
Adını açıqlamayan mənbə göndərdiyi məlumatda iddia edir ki, Ramiz Göyüşov və onun adamları (Qüdsi Bayramov,Həsən Bayramov, Qabil Qafarov və digərləri) Elşad Abdullayevin obyektlərinin idarə olunmasına görəvləndrilblər. Burdan da gələn gəlirlərin bir hissəsi “Nurçu”ların Bakı təmslsçilnə gedir. İddaya görə, onlara dəstə verən insan “Nurçu” deputatdı.
Mənbə iddia edir ki, Ramiz Göyüşov,Həsən Bayramov və Qüdsi Bayramov Elşad Abdullayevin bu adları sadalanan biznes qrumlarını idarə edirlər.
“Azmap” MMC, “ERA-XTM” MMC,“KNF investment” Məhdud Məsuliyyətli Cəmiyyəti,“KNF investment” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsindəki 1549 kv.metr torpaq sahəsi və tikililər.“ERA GM” Mənzil tikinti kooperativi, “AEG Petrol” MMC və Dərbəndə ki, univeristet!,Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 609 saylı bağ sahəsi.
Mənbənin iddiasına görə, bu bağı xidmətləri müqabilində Ramiz Göyüşova Elşad Abdullayev hədiyyə edib.
Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən 684-p saylı bağ sahəsi.
Adını açıqlamayan mənbənin göndərdiyi məlumatda iddia edilir ki, bu bağ sahəsini də Elşad Abdullayev Həsən bayramova hədiyyə edib.
Redaksiyadan: Ramiz Göyüşov, Həsən bayramov və Qüdsi Bayramovla bağlı iddialar dolu məlumatları yayımlamaqla bərabər, bu hər üç şəxsin mövqeinin də yayımlamağa hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Ancaq çox təssüflər olsun ki, nə Binəqədi rayon İh-də şöbə müdiri vəzifəsini daşıyan Ramiz Göyüşov nə də Binəqdi DSK-nın sədri Həsən Bayramov və oğlu Qqdsi bayramov yazılanlara münasibət bildirməyiblər.
Bir daha bu iddialara cavab haqqı olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bəyan edirik.///Vətəninfo.az