
“Nurçu”lar və Elşadın adamları icra başçısına qarşı
Vətəninfo.az-a Azərbaycanda Fətullah Gülən hərəkatına xidmət edən şəxslərlə bağlı daxil olan iddia dolu məlumatları yayımladıqdan sonra elektron ünvanımıza hərəkata xidmət edənlərlə bağlı daha bir neçə məlumat göndərildi. Xüsusilə də elektron ünvanımıza adını açıqlamayan mənbənin göndərdiyi məlumatlar Bakının Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov və Binəqədi rayon DSK-nın sədri Həsən Bayramov və onun ətrafı ilə bağlı olub.
Redaksiya olaraq Ramiz Göyüşovla bağlı iddia dolu məlumatları yayımlamağımıza baxmayaraq təəssüflər olsun ki, cənab Göyüşov haqqında səsləndirilən iddialara bu və ya digər şəkildə hər hansı bir açıqlama verməyib. O susmağa üstünlük verir. Cənab R.Göyüşov susmağa üstünlük versə də, onunla bağlı adını açıqlamayan mənbə susmaq niyyətində deyil və ardıcıl olaraq Ramiz Göyüşovun fəaliyyəti ilə bağlı elektron ünvanımıza ardı-ardına məlumatlar göndərməkdədir.
Redaksiyanın elektron ünvanına göndərilən Ramiz Göyüşov, Binəqədi rayon DSK-nın sədri Həsən Bayramov və onun oğlu Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Binqədi rayon İcra Hakimiyyətində baş verənlərlə bağlı iddialar dolu yeni məlumatları təqdim edirik. Məlumatda iddia edilir ki, hal-hazırda Binəqədi İH-də “Nurçu”lar və Elşad Abdullayevin adamları ilə icra başcısınn gətirdiyi adamlar arasında qızğın mübarizə gedir.
Məlumatda vurğulanır ki, əslində “Nurçu”larla Elşad Abdullayevin adamları elə eyni adamlardı və onlar başçının gətirdiyi adamları sıradan çıxarmaq və yerlərinə öz adamlarını gətirmək üçün var gücləri ilə çalışırlar. Xəbərə görə, İH-də bu qüvvələrin arxasında icra başçısının müavinlərindən biri durur. “O müavin ki, özü də həmin komanda vasitəsi ilə o vəzifəyə qalxıb. Hazırda bərk mübarizə İcra Hakimiyyəti üçün nisbətən böyük vəzifə sayılan vəzifələr üstündə gedir. Bir sözlə İH-də iki qrup var və onlar arasında qızğın mübarizə gedir. “Nurçu”lar və Elşadın adamlarının məqsədi odur ki, qalan strateji vəzifələri ələ keçirib müavinlərdən birinin də yerinə öz adamlarını gətirələr. Bu gedişlə məqsədlərinə çatacaqlarına şübhə belə yoxdur.
Çünki icra başçısının gücü çatmır artıq bu qruplaşmaya. Ona görə ki, bu qruplaşmaya Milli Məclisin bəzi deputatları da dəstək verir”. Elektron ünvanımıza adını açıqlamayan mənbənin göndərdiyi məlumatda iddia edilən digər bir məqam Binəqədi İH-də həyata keçiriən ictimai, musiqili tədbirlərin kimlər tərəfindən keçirilməsi, tədbirlərə ayrılan pulların kimlərin əli ilə yuyulması ilə bağlıdı. Məlumatda iddia edilir ki, tədbirləri sözügedən qruplaşma həyata keçirir və dövlətin bu sahəyə ayırdığı külli miqdarda vəsait mənimsənilməkdədir. Bildirilir ki, pulların xərclənməsində əsas rolu olan adamlar Binəqədi rayon İH-nin rəisi Binəqədi DSK-nın sədri Həsən Bayramovun oğlu Qüdsi Bayramov, Ramiz Göyüşov, Binəqədi YAP Aparatının rəhbəridir.
Məlumatda o da vurğulanır ki, bütün tədbirləri bu adamlar həyata keçirir və pullar da onlar arasında bölünür. Redaksiyanın elektron ünvanına göndərilən məlumatda daha sonra iddia edilir ki, bu tədbirlərin keçirilməsinə icazəni isə başçının ən yaxın adamı vasitəsi ilə əldə edirlər. “O adam başçını yola gətirib öz marağına görə tədbirin bu adamalara həvalə olunmasına icazə alır. Təbii ki, sonda öz payını da tədbirdən sonra alır”. İnsan orqanlarının transplantasiyasının həyata keçirilməsində, saxtakarlıq və korrupsiya yolu ilə milyonlar əldə edərək Azərbaycandan qaçan ABU-nun rektoru Elşad Abdullayev və Ramiz Göyüşovla bağlı məlumatda iddia edilir ki, hər iki şəxsi bir-birinə bağlayan bir neçə səbəb var. Onlardan ən başlıcası Elşad Abdullayevin hələ ən bərk gedən vaxtı Ramiz Göyüşovun əmisi oğlu ilə birlikdə Dağıstanda universitet açması və azərbaycanlı tələbələri öncə ora qəbul etdirib sonra isə Azərbaycan Beynəlxalq Unversitetinə köçürmə yolu ilə köçürürdülər.
Həsən Bayramov (Qüdsi Bayramovun atası) Elşad Abdullayevin çirkli işlərini həyat keçirirdi. Oglu Qüdsi Bayramov isə ABU-da tələbələrin idarə olunmasına rəhbərlik edirdi. Bu yaxınlarda rəhmətə gedən Sevinc Babayeva ilə Qüdsi Bayramov isə müəyyən işlərin görülməsində köməkçi vəzifəsini icra ediblər”. Mənbə iddia edir ki, mərhum Sevinc Babayeva ilə onların birlikdə bir neçə şəkilləri də var.
Redaksiyadan: Vətəninfo.az olaraq bəyan edirik ki, yuxarıda qeyd edilən iddialar, elektron ünvanımıza adını açıqlamayan mənbə tərəfindən göndərilib və səsləndirilən iddiaların doğru və ya yalan olduğunu söyləmək çətindir. Bu səbəbdən də haqlarında iddialar səsləndirilən şəxslərin də möveyini dərc etməyə hazırıq.