Xəbər lenti

Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi
Ölkə11:37 19.04.2021

Ramiz Mehdiyev kürəkəninin qardaşına vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ramiz Mehdiyev AMEA-nın İşlər idarəsinə müvəqqəti olaraq müdir təyin edib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, bu vəzifə Fikrət Əliyevə həvalə edilib.
Qeyd edək ki, o, AMEA-nın İşlər idarəsinin müdir müavini vəzifəsində çalışıb. Həmçinin F.Əliyev Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşıdır.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA-nın iclasında qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.