Xəbər lenti

Ramiz Mehdiyev Patruşevlə görüşdü
Ölkə15:10 29.09.2017

Ramiz Mehdiyev Patruşevlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

"Report" Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər dini ekstremizm və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

"Regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Məsləhətləşmələrin yekununda N.Patruşov bildirib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli gündəmdə strateji tərəfdaşlığın qabaqcıl xarakteri ilə seçilir.

Qaynarinfo.Az