Xəbər lenti

Ramiz Rzayevin kürəkəninə yeni vəzifə
Ölkə05:40 02.02.2015

Ramiz Rzayevin kürəkəninə yeni vəzifə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl Baş Prokurorluğun mətbuat xidməti baş prokuror Zakir Qaralovun yeni təyinatları barədə məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Zakir Qaralovun müvafiq əmrləri ilə Nazim Rəcəbov Baş Prokurorluğun Kadrlar Idarəsinin, Erkin Əlixanov isə Beynəlxalq Əlaqələr Idarəsinin rəisi vəzifələrinə təyin ediliblər. 
Nazim Rəcəbov bundan əvvəl Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, daha əvvəl isə prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, Erkin Əlixanov isə Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
“Azadlıq” qəzetinin yazdığı xəbərə görə, Erkin Əlixanov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun oğludur. Erkin Əlixanov həmçinin Ali Məhkəmnin sədri Ramiz Rzayevin kürəkənidir.
Qaynar.info