PSJ-nin və İspaniya millisinin təcrübəli müdafiəçisi Serxio Ramos dünya çempionatında çıxış edəcək İspaniya millisinə dəvət almamasından danışıb.
Qaynarinfo xəbər verir ki, 35 yaşlı futbolçu Luis Enrikenin İspaniya üçün açıqladığı dünya çempionatının heyətində yer almayıb. İnstaqramda komanda yoldaşlarına dəstək mesajı göndərən Ramos "Qazanmalı rəqabətlər və qazanılası uğurlar var. Sizə ən yaxşısını arzulayıram. Haydı İspaniya!" dedi.
Müdafiəçi heyətə dəvət almadığına görə təəssüfləndiyini deyib: "Bu, gerçəkləşəcək bir arzu olardı. Mənim üçün 5-ci dünya çempionatı olardı, amma təəssüf ki, onu evdən izləyəcəyəm. Məyusam, mənim üçün çətin vəziyyətdir, amma günəş hər gün çıxır. Bu vəziyyət mənim üçün heç nəyi dəyişmədi".
Səbuhi Həsənov