Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov Bakıdadır.
Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, çeçen lider Instagram-da paylaşım edib.
Bakıdan video paylaşan Kadırov "Qardaş ölkəni salamlayıram. Bakı möhtəşəm və gözəldir" sözlərini qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!