Xəbər lenti

"Range Rover" qəza törədib, 2 nəfər avtomobildə sıxılı qalıb
Ölkə18:53 08.10.2022

"Range Rover" qəza törədib, 2 nəfər avtomobildə sıxılı qalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu dəqiqələrdə Nardaran qəsəbəsində yerləşən "Sea breeze" otelinin yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.
Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.
Hazırda xilasetmə əməliyyatı aparılır.