Xəbər lenti

“Range Rover” qəza törətdi - Ölənlər var
Ölkə08:09 07.03.2016

“Range Rover” qəza törətdi - Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəhşətli yol qəzası baş verib. 

Qaynar.info lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində Binəqədi-Mehdiabad yolunda “90 SC 886” nömrə nişanlı “Range Rover” ilə “90 MU 825” dövlət qeydiyyat nişanlı “VAZ 21 015” toqquşub.

Nəticədə avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində keçinib. Daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info