Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun Səbail rayonu Rəşid Behbudov 8 ünvanında yerləşən ofisinin qapısı prokurorluq tərəfindən möhürlənib.
Bizimyol.info xəbər verir ki, avqustun 8-də RATİ-nin günorta saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları RATİ ofisinin hər iki ofisində axtarış aparılıb. Səbail rayon məhkəməsinin qərarı ilə prokurorluq əməkdaşları RATİ-nin ofisinin ikinci mərtəbəsində axtarış apararaq, ofisdə olan kompüterləri, sənədlər və digər elektron daşıyıcıları müsadirə edərək özləri ilə aparıblar. İkinci mərtəbədən fərqli olaraq birinci mərtəbədə axtarış aparılması barədə məhkəmə qərarı olmadığına görə, təşkilatın birinci mərtəbəsindəki əməkdaşlar qapını açmaqdan imtina etsələr də, prokurorluq əməkdaşları qapını sındıacaqları barədə xəbərdarlıq ediblər. Saat 20.00-da əməkdaşlar qapını açıblar və saat 22.15-dək prokurorluq əməkdaşları ofisdə axtarış və götürmə hərəkətləri aparıblar. Həmin ofisdən də kompüter və digər avadanlıqlar müsadirə edilərək götürülüb.
Həmin gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov orada iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.
Artıq dördüncü gündür Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovdan xəbər yoxdur.
Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-də axtarış apararkən Emin Hüseynov iştirak etməyib. Axtarışa rəhbərlik edən müstəntiq RATİ-nin direktorunun iştirakının vacib olmadığını bildirib.
RATİ-nin əməkdaşları və ailəsi Emin Hüseynovun harada olduğunu bilmir. Emin Hüseynovun mobil telefonu avqustun 10-dək zəngləri qəbul edib, amma cavab verən olmayıb. Avqustun 11-dən isə telefonu söndürülüb.
Baş Prokurorluğun mətbuat xidməti də Emin Hüseynovla bağlı məlumata malik olmadığını açıqlayıb.
Qaynar.info
