Xəbər lenti

“RATİ”nin daha bir əməkdaşı dindiriləcək
Ölkə13:42 02.10.2014

“RATİ”nin daha bir əməkdaşı dindiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Reportyorların Azadlığı və Təhülkəsizliyi İnstitutunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürləndikədn sonra bir neçə əməkdaşı istintaqda şahid qismində dindirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qurumun daha bir əməkdaşı dindirilmə üçün prokurorluğa dəvət edilib. Tatyana Kruçkina sabah saat 9:30-da növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair Baş İstintaq İdarəsinə çağırılıb. Bu barədə T.Kruçkina özü facebook hesabında yazıb. O bildirib ki, vəkili yoxdur.

Qeyd edək ki, RATİ sədri Emin Hüseynov bu hadisələr zamanı ABŞ səfriliyində gizləndiyi haqda məlumatlar yayılsa da, təsdiqlənmədi. Amma hələ də onun harada olduğu bilinmir.

Qaynar.info