
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Facebook profilinə müdaxilə olub.
Musavat.com-un məlumatına görə, naməlum şəxslər profili ələ keçirməyə cəhd ediblər. Lakin kilidi sındırmaq mümkün olmayıb və Facebook administrasiyası profili bloklayıb. Hazırda Rauf Arifoğlunun profilinə giriş mümkün deyil.
İnformasiya texnologiyaları üzrə mütəxəssislər müdaxilənin yerini dəqiqləşdirməyə və problemi aradan qaldırmağa çalışırlar.
Qaynar.info