Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Vəkili Elmar Süleymanov Anspress-ə verdiyi açıqlamada bildirib ki, Mirqədirovun həbs müddətinin artırılması ilə bağlı istintaq tərəfinin təqdimatına Nəsimi rayon Məhkəməsində baxılıb. Və məhkəmə jurnalistin barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, jurnalist Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanıllıb. Ona qarşı Cinayət-Prosessual Məcəlləsinin 274-cü maddəsi iə cinayət işi açılıb.
Saxlanılan zaman onun barəsində 3 ay müddətində həbs-qətiimkan tədbiri seçilib.