Xəbər lenti

Rauf Mirqədirov həbsxanaya nə vaxt qayıdacaq?
Ölkə07:45 26.05.2014

Rauf Mirqədirov həbsxanaya nə vaxt qayıdacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova 7 gün atasının yas mərasimində iştirak etməyə icazə verilib.

Qaynar.info xəbər verir ki, bu barədə APA-ya jurnalistin vəkili Fuad Ağayev bildirib.

Vəkilin sözlərinə görə, cinayət işinin istintaqını aparan müstəntiq onlara deyib ki, R. Mirqədirova yas mərasimində iştirak üçün 7 gün icazə verilib. Hazırda R. Mirqədirov atasının yas mərasimində iştirak edir. O, atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq.

Xatırladaq ki, jurnalistin atası Həbibulla Mirqədirov mayın 24-də gecə saatlarında vəfat edib. Elə həmin gün R. Mirqədirova atasının dəfnində iştirakına icazə verilib.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə may;n 23-də R. Mirqədirovun atasının evində axtarış aparılıb.

Qaynar.info