
Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.
Onun sözlərinə görə, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü(Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbedilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.
APA-nın əldə etdiyi məlumata görə, R.Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycandövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıragörüşlər keçirdiyi bildirilir.
Hüquq müdafiəçisi E. Behbudov isə Azərbaycan və Ermənistan arasındadanışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunudeyib: “Bilirsiniz ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğaledib və ölkələr arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə ikidövlət arasında danışıqları yalnız ölkə başçıları apara bilər”.
E. Behbudov yaxın günlərdə R. Mirqədirovla görüşəcəyini deyib.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovaprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.
Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub.
Qaynar.info