Xəbər lenti

Rauf Mirqədirovun işindən xəbər var
Ölkə07:55 24.04.2014

Rauf Mirqədirovun işindən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rauf Mirqədirovun qanunsuz həbs olunması ilə bağlı artıq apellyasiya şikayəti verilib”.

Bunu Modern.az saytına “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı, dövlətə xəyanətdə şübhəli bilinən Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib. O bildirib ki, vaxtı dəqiq olmasa da,  bu gün Rauf Mirqədirovla görüşü nəzərdə tutulur. Vəkilin sözlərinə görə apellyasiya şikayətinə hələ heç bir cavab verilməyib.

“Bir yenilik olsa, xəbər edəcəklər”,-deyə F. Ağayev söyləyib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana deportasiya olunan R. Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları əməkdaşlıqda şübhəli bilinir.

Qaynar.info