Xəbər lenti

Rauf Mirqədirovun səhhəti kəskin pisləşib
Ölkə15:15 10.06.2015

Rauf Mirqədirovun səhhəti kəskin pisləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Dövlətə xəyanət”də suçlu bilinərək haqqında həbs-qətimkan tədbiri seçilən jurnalist Raif Mirqədirovun səhhəti pisləşib.
 “Yeni Müsavat” xəbəri jurnalistin vəkili Elmar Süleymanovdan alıb.
Vəkilin sözlərinə görə, bir neçə gündür Rauf Mirqədirovun arterial təzyiqi kəskin yüksəlir. Həkimlərin müdaxiləsi ilə təzyiq normallaşdırılsa da eyni hal qısa zaman sonra yenidən təkrar olunur.
Elmar Süleymanovun sözlərinə görə, həkimlər Rauf Mirqədirovun durumunu orta ağır kimi qiymətləndirir.
İşini dayandıran “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Jurnalist MTN-in istintaq təcridxanasında saxlanır.
Qaynar.info