Xəbər lenti

Rayon maşınları ilə bağlı qadağa tam götürüldü
Ölkə15:17 15.07.2015

Rayon maşınları ilə bağlı qadağa tam götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Artıq qeyri-Bakı dövlət qeydiyyat nişanlı avtomobillərin paytaxta buraxılmasına qadağa qoyulmur.
Bunu "Trend"ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, bununla bağlı rəsmi qərar olmasa da, iyun ayında birinci Avropa Oyunları ilə bağlı şəhərə qeyri-Bakı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin girişinə qoyulmuş qadağa faktiki olaraq artıq yoxdur. 
Ona görə də istər Sumqayıtdan, istərsə də bölgələrdən gələn avtomobillərin paytaxta girişinə məhdudiyyət qoyulmur.
Qaynar.info