Xəbər lenti

Rayon qeydiyyatında olan maşınların paytaxta giriş qadağası davam edir
Ölkə06:53 30.06.2015

Rayon qeydiyyatında olan maşınların paytaxta giriş qadağası davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tədbirlər planı qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və yük avtomobillərinin Bakıya girişinə tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır.

Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin sıxlığının qarşısının alınması üçün tədbirlər planı hazırlanır.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Bakının yollarında nəqliyyat sıxlığının aradan qaldırılması məqsədi ilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası  tərəfindən tədbirlər planı hazırlanır və hazırda həmin Komissiyada müzakirələr gedir.

K. Əliyev həmçinin bildirib ki, tədbirlər planı ilə əlaqədar müvafiq qərar qəbul edilənədək rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, habelə yük avtomobillərinin paytaxt ərazisinə daxil olmasına tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır. 

Qaynar.info