
"Kənd ərazilərinin genişzolaqlı internetə çıxış potensialına görə Azərbaycanın rayonları arasında fərq həddən artıq böyükdür".
Qaynarinfo.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev bəzi rayon və kəndlərin genişzolaqlı internetə çıxışının statistikası haqqında danışarkən deyib.
Ekspert bildirib ki, Samux, Qazax, Göyöl, Zaqatala, Qax və Yevlax rayonlarının kəndlərində orta hesabla hər 100 mənzildən 60-80 mənzil telefonla təmin edilib: "Yəni bu rayonlar üzrə kənd mənzillərinin potensial olaraq 60-80%-i hazırda genişzolaqlı internetə qoşula bilər".
Salyan, Kürdəmir, Ağdaş, Ucar, Cəlilabad, Saatlı və Sabirabad rayonlarının kəndləri üzrə orta hesabla hər 100 mənzildən 6-15 mənzil telefonla təmin edilib. "Yəni bu rayonlar üzrə kənd mənzillərinin potensial olaraq 6-15%-i hazırda internetə qoşula bilər".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az