Xəbər lenti

Rayonlarda da un bahalaşdı
Ölkə10:06 24.02.2015

Rayonlarda da un bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Manatın dollara nisbətən aşağı salınması ölkədə daha bir məhsulun süni qiymət artımına səbəb olub. 

Arqument.Az-a daxil olan məlumata görə, Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında unun qiyməti bahalaşıb.

Belə ki, 45 kq un kisəsi əvvəllər 17 AZN satıldığı halda, hazırda 21 AZN-dək qalxıb. 

Həmçinin bir çox yerlərdə unun topdansatışı da dayandırılıb. 

Vətəndaşlar unun kəskin bahalaşmasından ciddi narahatdırlar. Onlar hesab edirlər ki, bu, çörəyin də bahalaşmasına təsir edəcək. 

Qaynar.info