
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibəti ilə Respublikaçı Alternativ Hərəkatının (REAL) üzvləri İstiqlaliyyət abidəsini yad ediblər.
REAL Hərəkatından verilən məlumata görə, Abidənin önünə REAL adından əklil qoyduqdan sonra Real Hərəkatı İdarə Heyətinin üzvləri çıxış edərək bu günün tarixi önəmindən, cümhuriyyətçiliyin çağdaş ideyalarından danışıblar. Real Hərəkatı İdarə Heyətinin üzvləri Altay Göyüşov, Natiq Cəfərli və Azər Qasımlı çıxışlarında tərəqqinin və rifahın respublikaçılıq ideyalarının ölkəmizdə bərqərar olmasından keçdiyini vurğulayıblar.
Qaynar.info