Xəbər lenti

Dünya 12:04 09.07.2023

"Real" Mbappe ilə bağlı danışıqları dayandırdı - 400 milyon avro...

"Real Madrid" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün danışıqları dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Real Madrid"in futbolçu və PSJ rəhbərliyi ilə hazırda heç bir əlaqəsi yoxdur. Madrid təmsilçisi hücumçu üçün 400 milyon avro xərcləmək istəmir. Həmçinin "Real Madrid" Mbappenin PSJ ilə müqaviləni uzadacağını istisna etmir.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->