Xəbər lenti

REAL sədrsiz partiya olacaq
Ölkə08:35 12.09.2013

REAL sədrsiz partiya olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yeni yaradılacaq partiya sağ təmayüllü olacaq. REAL-ın bu günkü ideoloji dəyərləri və siyasi baxışları yeni yaradılacaq partiyada da əks olunacaq”. 

Bunu Modern.az saytına açıqlamasında REAL hərəkatının məclis sədri Erkin Qədirli təşkilatın bazasında yeni siyasi partiya yaradılması ilə bağlı perspektivi şərh edərkən deyib.

O bildirib ki, sadəcə olaraq hərəkat partiyaya çevriləcək və dəyişiklik ancaq strukturda olacaq. E. Qədirli yeni yaradılacaq qurumun siyasi istiqamətləri haqqında danışarkən qeyd edib ki, bu  parlament tipli partiya olacaq. “REAL kollegial bir qurum olacaq. Bizdə baş katib, sədr və s. kimi vəzifələr olmayacaq”, -deyə təşkilat rəsmisi vurğulayıb.

Qeyd edək ki, iki gündür ölkə siyasi gündəminin əsas mövzusu REAL hərəkatının partiyaya çevriləcəyi ilə bağlı informasiyalardan ibarətdir.

Qaynar.info