Xəbər lenti

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı açıqlandı
Ölkə16:50 22.08.2020

Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 557 nəfər test edilib.
TƏBİB-dən Qaynarinfo-ya verilən məlumata görə, indiyədək  ölkədə 868 345  nəfər koronavirusa qarşı test edilib.
Ölkədə  184  yeni yoluxma, 3 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 35 105  nəfər virusa yoluxub, 515  nəfər  ölüb, 32 842  nəfər isə sağalıb. Son sutka ərzində 160  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  1 748 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 179  nəfər müalicə alır, 24 nəfər isə süni tənəffüs cihazına qoşulub.