Xəbər lenti

Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarıldı - FOTO
Ölkə09:05 21.04.2016

Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın üzvləri siyahısından Rəbiyyət Aslanovanın adı çıxarılıb.

Onun yerinə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təyin edilib.

Sənəd “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamını “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə imzalanıb.

Qaynarinfo.az