Xəbər lenti

Rəcəb Tayyib Ərdoğanla Putin Qarabağ münaqişəsini müzakirə edib (YENİLƏNİB)
Ölkə17:30 14.10.2020

Rəcəb Tayyib Ərdoğanla Putin Qarabağ münaqişəsini müzakirə edib (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığına dair Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.
Türkiyə prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib. 
 ****
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb. 
Tərəflər Dağlıq Qarabağ haqqında müzakirə ediblər. 
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, xüsusilə ATƏT-in Minsk qrupunun işinə əsaslanaraq siyasi prosesin aktivləşdirilməsinin lehinə danışıblar. Hər iki tərəf 10 oktyabrda Moskvada əldə edilmiş humanitar atəşkəs razılaşmasına riayət edilməsinin vacibliyini bir daha təsdiqləyib.