Xəbər lenti

Rəfaha zərbə ABŞ-ın İsraillə bağlı siyasətini dəyişməyəcək
Dünya 13:30 29.05.2024

Rəfaha zərbə ABŞ-ın İsraillə bağlı siyasətini dəyişməyəcək

İsrailin onlarla fələstinlinin ölümünə səbəb olan Rəfahı bombalanması ABŞ-ın İsrailə dəstək siyasətini dəyişməyəcək.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bunu Ağ Evin müşaviri Con Kirbi deyib

Onun sözlərinə görə, israillilər müvafiq nəticələr çıxarmaq üçün lazımi araşdırma aparmağı planlaşdırır.

"Biz Rəfahda böyük quru əməliyyatının əsassız olduğuna inanmağa davam edirik. Biz İsrail ordusunun böyük qüvvə ilə Rəfaha girməsini istəmirik... Və hazırda bunun baş verdiyini görmürük. Bazar günü zərbəsindən sonra siyasətimizdəki dəyişikliklərdən danışa bilmərəm. Bu, sadəcə olaraq baş verdi", - deyə Kirbi bildirib.
ABŞ-ı siyasətini dəyişməyə vadar edə biləcək mülki itkilərin sayı barədə suala Kirbi belə cavab verib: "Heç bir ölçü və ya kvota yoxdur. Dəfələrlə dediyimiz kimi, mülki itkilərin düzgün sayı sıfra bərabərdir”.

O, əlavə edib ki, müharibədə çox vaxt insanlar ölür.

Eyni mövqe Pentaqonda da ifadə olunub.

Xatırladaq ki, İsrail bazar günü Qəzza zolağında Rəfahdakı qaçqın düşərgəsinə hava hücumu həyata keçirib, nəticədə azı 45 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->