Xəbər lenti

Region gəncləri üçün kibertəhlükəsizlik təlimləri keçiriləcək!
Ölkə11:47 16.12.2024

Region gəncləri üçün kibertəhlükəsizlik təlimləri keçiriləcək!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qusarda "Region gəncləri üçün kibertəhlükəsizlik təlimləri" adlı layihəsinin təşkili planlaşdırılır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun "İdeyanı Reallaşdır-2023" qrant müsabiqəsinin qalibidir.  Layihənin əsas məqsədi regionda yaşayan gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarını artırmaq, onları müasir texnoloji təhlükələrə qarşı hazırlamaqdır.
Layihə rəhbəri Zahir Zahirov qeyd edir ki, sözügedən layihə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirililir. Layihə təlimlərində Qusar rayonunda yaşayan 20 nəfər gənc iştirak edəcək. Gənclər üçün 2 gün ərzində qeyri-formal təhsil metodlarına uyğun 8 moduldan ibarət təlimlər təşkil ediləcək. Təlimlərin təşkili layihə eksperti Fərhad Abdulov və kibertəhlükəsizlik üzrə ekspert Elman Mütəllimovun iştirakı ilə həyata keçiriləcək.  
Proqram interaktiv metodlarla – qrup işləri, təqdimatlar və sual-cavab sessiyaları ilə tərtib ediləcək,  gənclərin fəal iştirakı təmin ediləcək. Təlim məzmunun məqsədi gənclərin şəxsi məlumatlarının qorunması, kibertəhlükələr və bu təhlükələrdən müdafiə üsulları barədə həm nəzəri, həm də praktiki biliklər əldə etməsidir.