Xəbər lenti

Rəhim Qazıyevi polis saxlayıb (YENİLƏNİB)
Ölkə17:36 19.03.2013

Rəhim Qazıyevi polis saxlayıb (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21:36

Martın 19-da keçmiş müdafiə naziri Rəhim Qazıyevi polis Bakıda saxlayib. Bu barədə Azadlıq Radiosuna Rəhim Qaziyevin qardaşı Rahab Qazıyev məlumat verib.

Rahab Qaziyev deyib ki, Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17 20-radələrində evindən AzadlıqRadosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq."

DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Rəhim Qaziyev AzadlıqRadiosunun "İşdən sonra" proqramının qonagı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib.

_______

21:20

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev bu gün, martın 19-da saat 18:00-da Azadlıq radiosuna müsahibəyə dəvət olunub. Lakin bir az sonra onun evinə naməlum nömrədən zəng ediblər ki, Rəhim Qazıyev Daxili İşlər Nazirliyinin İnzibati şöbəsindədir. 

Qaynar.info xəbər verir ki, bu barədə "Mirzə Xəzərin səsi" məlumat yayıb. Məlumata görə, ailə üzvləri onunla əlaqə saxlaya bilmirlər. Onun telefonu bağlıdır.

Qaynar.info