Xəbər lenti

Rəhim Qazıyevin qardaşı oğlu həbs edildi
Ölkə12:41 21.08.2013

Rəhim Qazıyevin qardaşı oğlu həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı oğlu narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. 

Bu barədə "aznews"a hüquq-mühafizə orqanlarından eksklüziv məlumat daxil olub.

Məlumatda bildirilir ki, R.Qazıyevin qardaşı oğlu Orxan Qazıyev bu gün saat 11:30-da İrandan Azərbaycana keçərkən Astara Gömrük Keçid Məntəqəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı O.Qazıyevin üstündən 60 qram tiryək aşkar edilib.

R.Qazıyev isə məsələdən məlumatsız olduğunu bildirib: “Mən indi anam gildəyəm. Orxanı orada görmədim. Amma həbs olunmasından xəbərsizəm. Valideynləri ilə əlaqə saxladım. Dedilər, xəstədi, İrana gedib, ancaq yenə deyirəm, həbsindən xəbərsizəm. Mən o uşaqdan üz döndərmişəm”.

Qaynar.info