Xəbər lenti

Rəis və müavini işdən çıxarıldı
Ölkə16:57 15.04.2013

Rəis və müavini işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini, mərkəzi rayon xəstəxanasının baş həkimi işdən azad edilib.

Kürdəmir rayon Polis Şöbəsinin rəisi və müavini işdən çıxarılıb. APA-nın məlumatına görə Daxili İşlər Naziri general polkovnik Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi vəzifəsində çalışan  polkovnik Rasim Əliyev və müavini polkovnik leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad edilib. Hazırda şöbə rəisinin vəzifəsini müvəqqəti olaraq xidmət işləri üzrə müavin polkovnik Həsən Əsədov icra edir.

Həmçinin, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Zahid Əhmədov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Nizami Feyzullayev təyin edilib.

Qaynar.info