Xəbər lenti

Rəisin maşını qəzaya düşdü - SÜRÜCÜ ÖLDÜ
Ölkə05:54 10.04.2014

Rəisin maşını qəzaya düşdü - SÜRÜCÜ ÖLDÜ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 9 radələrində Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. 

Qaynar.info-nun ANS PRESS-ə istinadla verdiyi xəbərə görə, qəza “Meyvəli” bazarının yaxınlığında, Xocahəsən qəsəbəsi yolunda baş verib.

Belə ki, “Hyundai-Sonata” markalı avtomobil ilə “Hyundai-Tucson” markalı avtomobil toqquşub. Qəzaya uğrayan “Hyundai-Sonata” markalı, 90 AA104 dövlət nömrə nişanlı avtomobil Səbail rayon Polis İdarəsinin rəisinin xidməti avtomobili olub. 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü Rafiq Abbasov isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info