Xəbər lenti

Rəisin qalmaqallı gecə klubu adını dəyişdi - FOTO
Ölkə11:42 14.04.2014

Rəisin qalmaqallı gecə klubu adını dəyişdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəsimi Rayonun Polis rəisinin sahibi olduğu barədə iddialar səslənən “Buqatti” gecə klubu fəaliyyətini “Mamunia” adı ilə davam etdirir.

“Axar.az” xəbər verir ki, “Buqatti”nin adı gecə klubu ətrafında yaranan qalmaqaldan sonra dəyişdirilib.

 Gecə klubunun fəaliyyətində isə heç bir dəyişiklik olmadığı bildirilir. Bura yenə də əvvəlki qaydaya uyğun olaraq, heç bir yaş məhdudiyyəti qoyulmadan çalışır.

“Buqatti” gecə klubunun Nəsimi rayonunun polis rəisi Musa Musayevə məxsus olduğu barədə mediada iddialar səslənir. Musa Musayev indiyə qədər səslənən iddialarla bağlı açıqlama verməyib.

Xatırladaq ki, bir müddət öncə gecə klubu mətbuatda gedən yazılanlardan sonra iki gün müddətinə qapadılmışdı. Klub yaxınlığında yaşayan əhali isə burada xaosun hökm sürdüyünü bildirmişdi. Onlar dəfələrlə barda bıçaqlanma, döyülmə hadisələri olsa da, polis idarəsinin məsələyə diqqət etmədiklərini söyləmişdilər. 

Qaynar.info