Elm çoxdan sübut edib axı ürəyin məsələyə dəxli yoxdu. Amma sevgi də bildiyini bəy elmə vermir. Bütün qələti beyin qarışdırsa da, biz ağrıyana baxırıq. Sevgidən başı ağrıyan görmədim hələ.
Heç unutmadığımız xatirələr sevginin adınadı.
Yaddaşa görə heç kimi gözdən salmayaq. Yaddaş insan iradəsindən kənardı.
Bacarsaq, yaddaşımızı təmiz saxlayaq. Yaddaşlarda sevgiylə xatırlananlardan olaq.
Ürək verək, ürək alaq, ürək qoyaq. Ürək qırmayaq. Ürəkli olaq.
Yediyimiz ürək formalı tortları, yandırdığımız ürək-şamları, ürəkli açıqcaları, o açıqcaları ki, əllərimiz əsə-əsə açmışdıq, halal edək. Göz yaşlarımız bəlkə də ürək formasındadı, onlara xatir, heç olmasa.
Bizdən sonra sevgi qalsın bu dünyada.
İnanaq ki, heç Yer kürəsi də yumru deyil, azca çıxıntılı. O da ürək formasındadı.
Əsas inanmaqdı.
Qalanı düzələr.
Mövzuya dəxli olmasa da: Bu gün xaric, nə vaxtdı, gündəmin orqanı qulaqdır. Görək, zəhmətkeş xalqımız qulağımıza necə qiymət verib.