Xəbər lenti

Çörək zavodunda partlayış: yaralılar var
Ölkə16:25 17.02.2014

Çörək zavodunda partlayış: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Beyləqan rayonunda çörək zavodunda partlayış olub.

Rayon Polis Şöbəsindən verilən APA-ya məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info