Xəbər lenti

Reket qrupuna başçılıq edən avtoritet Bakıda saxlanıldı - FOTO
Ölkə08:24 12.04.2016

Reket qrupuna başçılıq edən avtoritet Bakıda saxlanıldı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Vıborq rayonunda biznes adamlarından hədə-qorxu yolu ilə pul toplayan “Prioritet” özəl mühafizə şirkətinin cinayət işi davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkar qrupa başçılıq edən Azərbaycan vətəndaşı Aslan Allahverdiyev Rusiya tərəfindən axtarışa verilib.

2015-ci ilin mayında Svetoqorsk şəhər sakinindən hədə yolu ilə külli miqdarda pul tələb etməkdə şübhəli bilinən Allahverdiyev Bakının Xətai rayonunda saxlanılıb.

Leninqrad vilayətində ən böyük avtoritetlərdən biri sayılan Allahverdiyev Xətai rayon prokurorluğunda ifadə verdikdən sonra azad olunub.

Azərbaycan tərəfi rusiyalı həmkarlarının cinayət işi ilə bağlı göndərəcəkləri sənədlərə nəzər yetirdikdən sonra Aslan Allahverdiyev barədə yekun qərar verəcəklər.

Qaynar.info