Xəbər lenti

Rektorun qızının işinə baxan hakim danışdı: "İstintaq yekunlaşmayıb"
Ölkə08:01 17.03.2015

Rektorun qızının işinə baxan hakim danışdı: "İstintaq yekunlaşmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mən sadəcə iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm". 

Bunu Arqument.Az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib. 

Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb: "Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar. 

O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana  qədər  onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik".

Qaynar.info