Xəbər lenti

Rəmişin ölüm səbəbi açıqlandı (VİDEO)
Ölkə14:41 05.04.2021

Rəmişin ölüm səbəbi açıqlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı, "Rəmiş” ləqəbi ilə tanınan Rafiq Hüseynovun ölüm səbəbi məlum olub.
Rəmişin həkimi, reanimatoloq Cavid Paşayev açıqlama verib.
Həkim BAKU.TV-yə açıqlamasında bildirib ki, Rəmiş yanvarın 28-də qara ciyər çatışmazlığı, xroniki ağ ciyər xəstəliyi ilə daxil olub. Daxil olandan sonra müalicə fonunda nisbi stabillik müşahidə olunub. Sonradan xəstədə koronavirusa yoluxma olub. Bu gün o rəhmətə gedib”, - deyə Cavid Paşayev bildirib.
Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, R.Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/HF9ENhxIIPo" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">