Xəbər lenti

Rent A Car-dan maşın götürdü, avtoşluq etdi, məhkəməlik oldu
Ölkə12:59 02.04.2025

Rent A Car-dan maşın götürdü, avtoşluq etdi, məhkəməlik oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Rent A Car-dan günü 55 manata avtomobil icarəyə götürən şəxs avtoşluq etdiyinə görə saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakıda anadan olmuş S.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məhkəmədə məlum olub ki, S.M. Rent A Car-dan günü 55 manata götürdüyü "Chevrolet Cruze minik" markalı avtomobillə avtoşluq edib. O və tanışı eyni markalı avtomobillə səhər saat 06:00 radələrində paytaxtın Ş.Bədəlbəyli küçəsində yürüş təşkil ediblər. 
Məhkəmənin qərarı ilə S.M inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla, 700 manat cərimə edilib.
Aydın